Cənubi Koreya: Şimali Koreya Rusiyaya təxminən 7 min konteyner sursat göndərib
Cənubi Koreyanın müdafiə naziri Şin Von-sik Şimali Koreyanın keçən ildən bəri Rusiyaya sursat və hərbi texnika ilə dolu təxminən 7 min konteyner göndərdiyini iddia edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Şin mətbuat konfransında bildirib.
O qeyd edib ki, Şimali Koreya Rusiyaya təxminən 7 min konteyner sursat və hərbi texnika verib və bu yardım həm gəmilər, həm də dəmir yolu ilə göndərilib.
Nazir Şin Şimalın bu yardım qarşılığında Rusiyadan təxminən 9 min konteyner yardım aldığını iddia edib.
Teqlər:
"C\u0259nubi Koreya: \u015eimali Koreya Rusiyaya t\u0259xmin\u0259n 7 min konteyner sursat g\u00f6nd\u0259rib"