Blinken: Qəzza əhalisinin humanitar yardıma ehtiyacı var
Nərmin Qocamanlı
"Qəzza əhalisinin 100 faizi ciddi şəkildə qida çatışmazlığından əziyyət çəkir və onların təhlükəsizliyi ciddi risk altındadır".
"Operativ Media" xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Blinken Filippinin xarici işlər naziri Enrike Manalo ilə danışıqlardan sonra Manilada keçirdiyi mətbuat konfransında bildirib.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-dən bu yana İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 31,5 min nəfəri keçib, 73,5 mindən çox insan yaralanıb.