Alimlər ön və arxa hissələrdə elektrod kimi karbon nanoborucuqlarından istifadə edən yeni tip iki üzlü günəş paneli hazırlayıb.
"Operativ Media" xəbər verir ki, tədqiqat "Nature Communications" jurnalında dərc edilib.
Tədqiqatçılar arasında "Surrey" Universiteti, "Kembric" Universiteti, Çin Elmlər Akademiyası, "Xidian" Universiteti və "Zhengzhou" Universitetinin alimləri var.
"Surrey" Qabaqcıl Texnologiya İnstitutundan tədqiqatçı Dr. Cin Zhang bildirib ki, panellər günəş işığını hər iki tərəfdən toplaya bilir, bu da onlara daha çox güc istehsal etməyə və işığın bucağından daha az asılı olmağa imkan verir.
Panellər hər kvadrat santimetr üçün 36 mVt-dan çox istehsal edə bilir, arxa panel isə ön panelin enerjisinin, demək olar ki, 97%-ni istehsal edir. Bazarda mövcud olan əksər ikitərəfli panellər üçün bu, 75-95% təşkil edir.
Qabaqcıl Texnologiyalar İnstitutunun direktoru, professor Ravi Silva bu panellərin dünyanı karbonsizləşdirmək üçün lazım olan daha əlverişli günəş enerjisinin açarı ola biləcəyini söyləyib.
Teqlər:
"Aliml\u0259r iki \u00fczl\u00fc g\u00fcn\u0259\u015f panell\u0259ri istehsal edibl\u0259r"