Menyu

Türkiyədə 1 əsgər şəhid olub, 4 əsgər yaralanıb

Nərmin Qocamanlı
Türkiyədə 1 əsgər şəhid olub, 4 əsgər yaralanıb

Türkiyədə "Pençe-Kilit" əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvlərinin sızma və hücum cəhdi nəticəsində 1 əsgər şəhid olub, 4 əsgər yaralanıb, 6 terrorçu isə zərərsizləşdirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdaiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyat bölgəsində separatçı terror təşkilatı üzvlərinin sızma və hücum cəhdi nəticəsində yaralanan 4 əsgər dərhal xəstəxanaya yerləşdirilib və müalicələrinə başlanılıb.

İlkin məlumata görə, bölgədə 6 terrorçu zərərsizləşdirilib. Əməliyyatların davam etdiyi qeyd olunub.

Teqlər:

"T\u00fcrkiy\u0259d\u0259 1 \u0259sg\u0259r \u015f\u0259hid olub 4 \u0259sg\u0259r yaralan\u0131b"

Əlaqəli Xəbərlər