ABŞ-nin kosmik gəmi və raket istehsalçısı "SpaceX" Starlink internet şəbəkəsi layihəsi çərçivəsində kosmosa 22 peyk göndərib.
"Operativ Media" xəbər verir ki, bu barədə "SpaceX"in "X" hesabında paylaşım edib.
Bildirilib ki, "SpaceX" ABŞ-nin Kaliforniya ştatındakı Vandenberq Kosmik Qüvvələri bazasından Starlink peyklərini daşıyan "Falcon 9" raketini aşağı orbitə çıxarıb.
Bu buraxılış "SpaceX"in 2024-cü ildə 26-cı missiyası idi.
"SpaceX" Starlink layihəsi çərçivəsində dünya miqyasında internetə çıxış təmin etməyi hədəfləyir.
Falcon 9’s first stage has landed on the Of Course I Still Love You droneship in the Pacific Ocean pic.twitter.com/YIdEH1ta4m