Çexiyanın Ukraynaya mərmi tədarükü təşəbbüsünə Lüksemburq da qoşulub
Lüksemburq Avropa İttifaqından kənarda Ukrayna üçün sursat almaq məqsədilə Çexiyanın irəli sürdüyü təşəbbüsə qoşulub və Kiyevə silah tədarükünü davam etdirəcək.
"Operativ Media" xəbər verir ki, bunu Lüksemburq hökumətinin başçısı Lük Friden bu ölkədə səfərdə olan Ukraynanın baş naziri Denis Şmıqalla keçirdiyi mətbuat konfransında deyib.
"Ukraynanın ehtiyac duyduğu bütün silah növlərinə malik deyilik, lakin Lüksemburq sizi müxtəlif koalisiyaların bir hissəsi kimi dəstəkləməyə hazırdır. Ona görə də tərəfdaşlarımızla birlikdə biz Çexiyanın Ukraaynanın ehtiyacı olan mərmiləri almaq təşəbbüsünə qoşulduq. Biz həmçinin Ukrayna silahlı qüvvələrini kiberhücumlara və digər bu kimi çağırışlara qarşı lazımi dayanıqlılıqla təmin etmək məqsədilə İT koalisiyasını yaratdıq", - Friden bildirib.
Onun sözlərinə görə, Lüksemburq 2023-cü ildə hərbi büdcəsinin 16%-ni Ukraynaya xərcləyib: "Bu, davam edəcək, biz həmrəyik.Ukrayna bizim tam dəstəyimizi almalıdır", - Friden əmin edib. O, həmçinin Ukraynaya humanitar yardım göstərməyə davam edəcəyinə söz verib.
Öz növbəsində, Şmıqal yenidən "Çexiya təşəbbüsü sayəsində aprel ayında kifayət qədər mərmi alacağına" ümid etdiyini söyləyib.
Teqlər:
"\u00c7exiyan\u0131n Ukraynaya m\u0259rmi t\u0259dar\u00fck\u00fc t\u0259\u015f\u0259bb\u00fcs\u00fcn\u0259 L\u00fcksemburq da qo\u015fulub"