İsveç parlamenti hərbi texnikanın Ukraynaya pulsuz verilməsini dəstəkləyib
İsveç Parlamentinin Maliyyə komitəsi Nazirlər Kabinetinin Ukraynaya hərbi texnika və sursatların təmənnasız ötürülməsi, habelə ona iqtisadi yardım göstərilməsi təklifini dəstəkləyib.
"Operativ Media" xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.
Söhbət artilleriya mərmilərindən, əl qumbaraatanlarından, tank əleyhinə idarə olunan raketlərdən, sualtı silahlardan, döyüş katerlərindən, tibbi texnika və maşınlardan, eləcə də ərzaqdan gedir. İqtisadi hissəyə fond ianələri, həmçinin Aİ və NATO ölkələri tərəfindən Ukraynaya dəstək məqsədilə təşəbbüs edilən bir neçə ikitərəfli və çoxtərəfli donor layihələri daxildir. Bundan əlavə, Ukraynanın özünü müdafiə qabiliyyətini artırmaq üçün təhsil və təlim proqramları və təhlükəsizlik tədbirləri təmin edilir.
Bütün bunlar 2024-cü ildə təxminən 2,4 milyard kron (230 milyon dollar) məbləğində əlavə büdcə xərcləri deməkdir. Hökumət 2025-2028-ci illər üçün Ukraynaya yardım üçün 5,6 milyard kron (536 milyon dollar) ayırmaq üçün lazımi tədbirlər görməlidir.
Bu məsələ ilə bağlı parlament dinləmələri martın 20-də keçiriləcək.
Teqlər:
"\u0130sve\u00e7 parlamenti h\u0259rbi texnikan\u0131n Ukraynaya pulsuz verilm\u0259sini d\u0259st\u0259kl\u0259yib"