Menyu

Husilər Qırmızı dənizdə LPG tankerinə hücum edib

Husilər Qırmızı dənizdə LPG tankerinə hücum edib

Husilər Qırmızı dənizdə ABŞ-yə aid olduğunu müəyyən etdikləri Mado maye qaz tankerinə hücum edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya bildirib.

"Yəmən donanması Qırmızı dənizdə Amerika gəmisi "Mado"nu hədəf alıb", - Səriya Husilərə məxsus "Əl Məsirə" telekanalında deyib.

Hərəkatın sözçüsü həmçinin bildirib ki, Husilər İsrailin cənubunda yerləşən Eylat şəhərinə qanadlı raketlərlə hücum ediblər. İsrail Müdafiə Qüvvələri daha əvvəl bildirib ki, bazar ertəsi günü "şübhəli hava hədəfi" Eylatın şimalında yaşayış olmayan əraziyə düşüb.

Teqlər:

"Husil\u0259r Q\u0131rm\u0131z\u0131 d\u0259nizd\u0259 LPG tankerin\u0259 h\u00fccum edib"

Əlaqəli Xəbərlər