Menyu

ABŞ: Ukrayna Silahlı Qüvvələri Konqresin hərəkətsizliyinə görə döyüş mövqelərini itirir

ABŞ: Ukrayna Silahlı Qüvvələri Konqresin hərəkətsizliyinə görə döyüş mövqelərini itirir

Konqresin Kiyevə hərbi yardım göstərilməsi məsələsində fəaliyyət göstərməməsi səbəbindən Ukrayna hərbçiləri döyüş meydanında mövqelərini itirir. 

"Operativ Media" xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer Vaşinqtondan Nevada, Arizona və Texas ştatlarına səfərə yola düşən ABŞ prezidenti Co Baydenin təyyarəsində jurnalistlərə deyib.

"Biz Ukraynanın son bir neçə ayda Konqresin fəaliyyətsizliyi ucbatından faktiki olaraq döyüş meydanında mövqelərini itirdiyini görürük. Bu da bizim fəaliyyətsizliyimizlə bağlıdır. Onlar öz demokratiyaları üçün mübarizə aparırlar və bunun nə demək olduğunu bilirik", - diplomat qeyd edib. 

"Ona görə də bu problemi həll etməyin ən yaxşı yolu Ukraynaya ehtiyacı olanı təmin etmək və Ukraynaya hərbi yardımın göstərilməsi ilə bağlı qanun layihəsinin qəbul edilməsinə nail olmaqdır", - o əlavə edib.

Teqlər:

"AB\u015e: Ukrayna Silahl\u0131 Q\u00fcvv\u0259l\u0259ri Konqresin h\u0259r\u0259k\u0259tsizliyin\u0259 g\u00f6r\u0259 d\u00f6y\u00fc\u015f m\u00f6vqel\u0259rini itirir"

Əlaqəli Xəbərlər