BMT: Qəzzada yardım paylanmasına məhdudiyyətlər davam edir
Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzzada humanitar yardımın paylanmasına qoyulan məhdudiyyətlərin davam etdiyini, ehtiyacı olan minlərlə insana vaxtında yardımın çatdırılmasına mane olduğunu bildirib.
"Operativ Media" xəbər verir ki, bu barədə BMT mətbuat katibinin müavini Fərhan Haq gündəlik mətbuat konfransında açıqlama verib.
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisindən (OCHA) yerdəki vəziyyətlə bağlı məlumatlara istinad edən Haq, martın ilk iki həftəsində Qəzzanın şimalına edilən 24 yardım əməliyyatından yalnız 11-nin həyata keçirildiyini, İsrailin isə ya digərlərinin qarşısını aldığını, ya da təxirə saldığını vurğulayıb.
Haq humanitar yardımın paylanması ilə bağlı davam edən məhdudiyyətlərin minlərlə ehtiyacı olan insanlara vaxtında yardımın çatdırılmasına mane olduğunu və Qəzzanın şimalına daxil olmaq üçün İsrail səlahiyyətlilərindən hər gün icazə alınması lazım olduğunu bildirib.
Yardım maşınlarının tez-tez geri çevrildiyini ifadə edən Haq əlavə edib: "İsrail ordusu Qəzzaya təhlükəsiz, davamlı və maneəsiz qida paylanmasını təmin etməli və bütün keçid məntəqələrini açmalıdır. Geniş miqyaslı yardımların verilməsi və aclığın qarşısının alınması üçün yeganə yol budur".
Teqlər:
"BMT: Q\u0259zzada yard\u0131m paylanmas\u0131na m\u0259hdudiyy\u0259tl\u0259r davam edir"