Menyu

Bayden bu dəfə Finlandiya ilə Norveçi qarışdırıb

Bayden bu dəfə Finlandiya ilə Norveçi qarışdırıb

ABŞ prezidenti Co Bayden Nevada ştatının Reno şəhərində seçki kampaniyası üçün keçirilən ianə toplantısında çıxış edərkən Finlandiya və Norveçi qarışdırıb.

"Operativ Media" xəbər verir ki, prezident 2023-cü ilin noyabrında ölümündən 10 gün əvvəl ABŞ-nin keçmiş dövlət katibi Henri Kissincerlə danışdığını deyib. 

"Və o, dedi ki, Avropa uzun müddət Rusiyaya bir qədər dəhşətlə baxıb. Biz gələnə qədər onlar geriyə baxdılar. O dedi ki, biz NATO-nu heç vaxt olmadığı kimi gücləndirdik. Biz Avropanı birləşdirdik, NATO-nu genişləndirdik və indi onun sərhədləri İsveç və Norveç hesabına daha da artıb", - Bayden qeyd edib.

Qeyd edək ki, Finlandiya və İsveç 2022-ci ildə NATO-ya üzv olmaq üçün eyni vaxtda ərizə təqdim ediblər. Finlandiya Şimali Atlantika Alyansına 4 aprel 2023-cü ildə, İsveç isə 7 mart 2024-cü ildə qoşulub. Norveç NATO-nun qurucu ölkələrindən biri olub və 1949-cu ildə yarandığı gündən təşkilatın üzvüdür. 

Teqlər:

"Bayden bu d\u0259f\u0259 Finlandiya il\u0259 Norve\u00e7i qar\u0131\u015fd\u0131r\u0131b"

Əlaqəli Xəbərlər