Menyu

Hindistanda Çikaqo böyüklüyündə günəş-külək elektrik stansiyası tikiləcək

Nərmin Qocamanlı
Hindistanda Çikaqo böyüklüyündə günəş-külək elektrik stansiyası tikiləcək

Hindistanda “yaşıl” enerji istehsal edəcək dünyanın ən böyük elektrik stansiyası tikiləcək.

"Operativ Media" xəbər verir ki, bu barədə "Business Insider" məlumat yayıb.

Tikinti işlərini 1988-ci ildə milyarder Gautam Adaninin əsasını qoyduğu Hindistanın ən böyük kömür mədənçisi və idxalçısı olan AGEL şirkəti həyata keçirir.

Elektrik stansiyası Hindistanın qərbindəki Qucarat əyalətindəki duz səhrasında yerləşəcək. Bu, 200 kvadrat mil ərazini əhatə edən, təxminən Çikaqo ölçüsündə dünyanın ən böyük günəş-külək ferması olacaq.  Belə bir stansiya Belçika, Çili və ya İsveçrəyə bərabər olan əraziləri “təmiz” elektrik enerjisi ilə təmin edə biləcək.

Bununla belə, zavodun məqsədi Hindistanın kömür və digər qalıq yanacaqlardan asılılığını minimuma endirmək üçün yaşıl enerji ilə təmin etməkdir. Çünki ölkə dünyanın üçüncü ən böyük enerji istehlakçısıdır və bunun 73%-i kömürdən gəlir. 

Bundan əlavə, Hindistan 2070-ci ilə qədər karbon izini minimuma endirmək üçün xalis sıfır emissiyaya nail olmağı öhdəsinə götürüb. Hindistan 2030-cu ilə qədər enerjisinin yarısını bərpa olunan mənbələrdən almağa ümid edir.

AGEL elektrik stansiyasının inkişafı üçün 20 milyard dollar sərmayə qoyacaq.

Teqlər:

"Hindistanda \u00c7ikaqo b\u00f6y\u00fckl\u00fcy\u00fcnd\u0259 g\u00fcn\u0259\u015f-k\u00fcl\u0259k elektrik stansiyas\u0131 tikil\u0259c\u0259k"

Əlaqəli Xəbərlər