Bursada yük maşını ilə mikroavtobus toqquşub, 8 nəfər yaralanıb
Nərmin Qocamanlı
Türkiyənin Bursa bölgəsinin İznik rayonunda yük maşını ilə işçiləri daşıyan mikroavtobusun toqquşması nəticəsində 8 nəfər xəsarət alıb.
"Operativ Media" xəbər verir ki, qəzada sürücülər və mikroavtobusda olan 6 işçi yaralanıb.
Hadisə yerinə jandarma və 112 Təcili Tibbi Yardım qrupları sövq edilib, ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılan yaralıların vəziyyətinin yaxşı olduğu öyrənilib.
Yük maşınındakı kamera qeydlərində qəzanın avtobusun zolaq dəyişdirərkən baş verdiyi görünür.