Menyu

İtaliya XİN: Ukrayna məğlub olarsa, sülh danışıqları mümkün deyil

İtaliya XİN: Ukrayna məğlub olarsa, sülh danışıqları mümkün deyil

"Ukraynanın məğlubiyyəti onun Rusiya Federasiyası ilə danışıqlar masası arxasına əyləşməsinə imkan verməyəcək".

"Operativ Media" xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tacani bildirib.

"Mən istərdim ki, Aİ sammiti (bu saat Brüsseldə başa çatır) sülh sammitinə çevrilsin, yəni Ukraynada, eləcə də Qəzza zolağında və Qırmızı dənizdə sülhün əldə edilməsi strategiyalarını müzakirə etsin. Mən demək istəyirəm ki, Rusiyanın qalib gəlməsinin qarşısını almaq üçün Ukraynaya kömək etməliyik, çünki Moskva beynəlxalq hüququ pozdu. Ona görə də Ukraynaya kömək etmək danışıqlara yaxınlaşmaq deməkdir, Kiyev məğlub olsa, sülh danışıqları masasında heç bir şey olmayacaq", - nazir RAI3 proqramının efirində deyib.

Teqlər:

"\u0130taliya X\u0130N: Ukrayna m\u0259\u011flub olarsa s\u00fclh dan\u0131\u015f\u0131qlar\u0131 m\u00fcmk\u00fcn deyil"

Əlaqəli Xəbərlər