Menyu

Ermənistanda polis iki müxalifətçini saxlayıb

Ermənistanda polis iki müxalifətçini saxlayıb

Polis İrəvanda hazırkı hökuməti və baş nazir Nikol Paşinyanı sərt tənqid edən iki müxalifət xadimi, "İmnemimi" verilişinin həmmüəllifləri və aparıcıları Narek Samsonyan və Vazgen Saqatelyanı saxlayıb.

"Operativ Media" xəbər verir ki, Samsonyanın vəkili Ruben Melikyanın jurnalistlərə verdiyi məlumata görə, müxalifətçi xuliqanlıq ittihamı ilə saxlanılıb.

Bu ittihamla, istintaq Samsonyan və Saqatelyanın "YouTube" platformasındakı verilişlərində istifadə etdikləri lüğəti nəzərdə tutub.

Artıq yerli sosial şəbəkələrdə təhlükəsizlik qüvvələrinin bu müxalifət nümayəndələrini saxlaması ilə bağlı videogörüntülər də yayılıb. 

Teqlər:

"Erm\u0259nistanda polis iki m\u00fcxalif\u0259t\u00e7ini saxlay\u0131b"

Əlaqəli Xəbərlər