Çin: ABŞ-nin qətnaməsi Qəzzada qətllərin davam etdirilməsi üçün yaşıl işıq yandırır
Birləşmiş Ştatların hazırladığı BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq qətnamə layihəsi balanslaşdırılmış deyil və əslində Qəzza zolağında qətllərin davam etdirilməsinə yaşıl işıq yandırır.
"Operativ Media" xəbər verir ki, bunu Çinin BMT-dəki daimi nümayəndəsi Çjan Jun dünya təşkilatının Təhlükəsizlik Şurasının iclasında deyib.
"Dərhal atəşkəs insanların həyatını xilas etmək, humanitar yardımın genişləndirilməsi və daha böyük münaqişələrin qarşısının alınması üçün əsas şərtdir. ABŞ layihəsində atəşkəs üçün ilkin şərtlər var ki, bu da ölümlərin davam etdirilməsinə yaşıl işıq yandırmaqla eynidir. Bu qəbuledilməzdir. Layihə həm də son dərəcə balanssızdır", - deyə o bildirib.