Menyu

KİV: Blinken Netanyahuya Qəzzaya görə İsrailin təhlükəsizliyinin risk altında olduğunu söyləyib

KİV: Blinken Netanyahuya Qəzzaya görə İsrailin təhlükəsizliyinin risk altında olduğunu söyləyib

ABŞ dövlət katibi Antoni Blinken İsrailin baş naziri Benyamin Netanyahu və onun hərbi kabinet üzvlərinə Qəzza zolağı ətrafındakı vəziyyətə görə İsrailin təhlükəsizliyi və onun dünyadakı yerinin risk altında olduğunu deyib. 

"Operativ Media" xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, qapalı iclasda yəhudi dövlətinə qarşı təhdidlərdən danışan Amerika diplomatiyasının rəhbəri vurğulayıb: "Bunu çox gec olmadan başa düşmək lazımdır". 

O, əlavə edib ki, İsrail hakimiyyətinin arbitraj planına ehtiyacı var, əks halda onlar HƏMAS hərəkatı səbəbindən Qəzzada ilişib qalacaqlar. Dövlət katibinin sözlərinə görə, hadisələrin indiki inkişafı ilə radikallar Qəzzaya nəzarəti əldə saxlayacaqlar, ya da anarxiya vəziyyəti yaranacaq ki, bu da yalnız terrorizmin böyüməsinə şərait yaradacaq. Mənbənin məlumatına görə, Netanyahu Blinkenin sözlərindən sonra deyib: "Bizim onilliklər ərzində görəcəyimiz kifayət qədər işimiz var".

Teqlər:

"K\u0130V: Blinken Netanyahuya Q\u0259zzaya g\u00f6r\u0259 \u0130srailin t\u0259hl\u00fck\u0259sizliyinin risk alt\u0131nda oldu\u011funu s\u00f6yl\u0259yib"

Əlaqəli Xəbərlər