Çin: Ukraynaya silah tədarükü yalnız münaqişənin fəsadlarını artıra bilər
Ukraynaya davamlı silah tədarükü yalnız mövcud riskləri gücləndirə və münaqişənin fəsadlarını artıra bilər.
"Operativ Media" xəbər verir ki, bunu Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq deyib.
"Qeyd etmək istərdim ki, hərbi əməliyyatlar teatrına davamlı silah tədarükü yalnız mövcud riskləri ağırlaşdıra və müharibənin fəsadlarını artıra bilər. Münaqişənin genişlənməsi təhlükəsi də ola bilər ki, bu da sülh perspektivlərini geridə qoyacaq", - deyə o vurğulayıb.
Qenq Şuanq həmçinin qeyd edib: "Çinin Ukrayna məsələsində mövqeyi tutarlıdır. Biz həmişə qərəzsiz, obyektiv mövqe tutmuşuq. Sülh danışıqlarını daha da inkişaf etdirməyə hazırıq. Biz həmçinin bütün tərəflərin təmsil olunacağı sülh konfransının keçirilməsini dəstəkləyirik. Bu konfrans sülh planlarını müzakirə etmək üçün lazımdır".
Teqlər:
"\u00c7in: Ukraynaya silah t\u0259dar\u00fck\u00fc yaln\u0131z m\u00fcnaqi\u015f\u0259nin f\u0259sadlar\u0131n\u0131 art\u0131ra bil\u0259r"