Menyu

Navalnının ölümünə görə daha 33 rusiyalıya və iki həbsxanaya sanksiya tətbiq edilib

Navalnının ölümünə görə daha 33 rusiyalıya və iki həbsxanaya sanksiya tətbiq edilib

Aleksey Navalnının ölümü ilə əlaqədar Avropa İttifaqı (Aİ) iki təşkilata və 33 rusiyalıya sanksiya tətbiq edib.

"Operativ Media" xəbər verir ki, sözügedən siyahı Aİ-nin rəsmi saytında dərc olunub. 

O cümlədən, sanksiyalar siyahısına Navalnının "Qütb canavarları" koloniyasında öldüyü Yamal-Nenets Muxtar Dairəsinin qubernatoru Dmitri Artyuxov, Ədliyyə Nazirliyinin yerlərdə Dövlət Siyasəti İdarəsinin rəisi Vladimir Şvedov daxil edilib. 

Qeyd edək ki, Yamal Muxtar Dairəsinin Federal Penitensiar Xidmətinin Departamenti Navalnının fevralın 16-da günortadan sonra "Qütb canavarları" koloniyasında ölməsi barədə məlumat yayıb. Şöbədən bildirilib ki, o, yeriyərkən özünü pis hiss edib və dərhal huşunu itirib.

Müxalifətçi martın 1-də Moskvada Borisov qəbiristanlığında dəfn edilib.
 

Teqlər:

"Navaln\u0131n\u0131n \u00f6l\u00fcm\u00fcn\u0259 g\u00f6r\u0259 daha 33 rusiyal\u0131ya v\u0259 iki h\u0259bsxanaya sanksiya t\u0259tbiq edilib"

Əlaqəli Xəbərlər