Medvedev: "Terrorçuların hamısı tapılmalı və məhv edilməlidir"
Nərmin Qocamanlı
"Zorakılığa güclə cavab verilmədikcə, terrorçuların kütləvi edamına və ailələrinə edilən təzyiqlərə ölümlə cavab verilmədikcə heç bir məhkəmə və ya istintaqın faydası olmayacaq".
"Operativ Media" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram" hesabında hücumla bağlı açıqlamasında bildirib.
Medvedev hücumda həyatını itirənlərin ailələrinə başsağlığı verib və həlak olanların yaxınlarına səbr diləyib.
"Bunların Kiyev rejiminin terrorçuları olduğu üzə çıxarsa, onlara və onların ideoloji ilhamvericilərinə qarşı başqa cür hərəkət etmək mümkün deyil.
Onların hamısı terrorçu kimi tapılmalı və amansızlıqla məhv edilməlidir. O cümlədən, bu cür vəhşilikləri törədən dövlət rəsmiləri də. Ölümə ölüm", - o qeyd edib.