Menyu

Ukrayna Krokus konsert zalındakı atışma ilə bağlı iddiaları rədd edir

Nərmin Qocamanlı
Ukrayna Krokus konsert zalındakı atışma ilə bağlı iddiaları rədd edir

Ukrayna Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında atışmada iştirakı ilə bağlı iddiaları qəti şəkildə rədd edir.

"Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin şərhində bildirilib.

"Bu cür ittihamları Rusiya cəmiyyətində Ukrayna əleyhinə isteriyanı daha da qızışdırmaq, Rusiya vətəndaşlarının ölkəmizə qarşı cinayət təcavüzündə iştirak etmək üçün səfərbərliyini gücləndirmək və beynəlxalq ictimaiyyətin gözündə Ukraynanı nüfuzdan salmaq üçün Kremlin planlaşdırılmış təxribatı hesab edirik. Beynəlxalq ictimaiyyəti Ukraynanın Krasnoqorskda atışmada iştirak etdiyi iddia edilən yalan ittihamları qətiyyətlə rədd etməyə çağırırıq", - deyə bildirilib.

Teqlər:

"Ukrayna Krokus konsert zal\u0131ndak\u0131 at\u0131\u015fma il\u0259 ba\u011fl\u0131 iddialar\u0131 r\u0259dd edir"

Əlaqəli Xəbərlər