Menyu

Ötən gecə Moskvada törədilən terror qurbanlarının sayı 150-ə çatıb - YENİLƏNİB 3

Nərmin Qocamanlı
Ötən gecə Moskvada törədilən terror qurbanlarının sayı 150-ə çatıb - YENİLƏNİB 3

 "Crocus City Hall"da ölənlərin sayı 150 nəfərə çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

***

14:03

Moskvada "Crocus City Hall" konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.

"Operativ Media" xəbər verir ki, Rusiya İstintaq Komitəsi “Crocus City Hall”da terror aktı nəticəsində ölənlərin sayının 115 nəfərə çatdığını açıqlayıb.

Bildirilib ki, dağıntıları təmizləyərkən fövqəladə hallar xidmətləri daha çox meyit aşkarlayıb.

***

12:28

Moskva vilayətində "Crocus City Hall"dakı baş vermiş terror aktında ölənlərin sayı 93-ə çatıb.

“Operativ Media” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib.

***

11:40

Rusiya İstintaq Komitəsi Moskvada törədilən terror aktında 60-dan çox adamın öldüyünü və ölənlərin sayının arta biləcəyini bildirib. 

"Operativ Media" xəbər verir ki, komitədən verilən açıqlamada həyatını itirənlərin cəsədlərinin müayinə olunduğu və terror aktı nəticəsində 60-dan çox insanın öldüyü müəyyən olunub.

Bildirilib ki, qurbanların sayı arta bilər.

Açıqlamada hadisə yerində silah və sursat daxil olmaqla bütün sübutların ələ keçirildiyi, genetik, ballistik və barmaq izi müayinələrinin aparıldığı, bütün kamera görüntülərinin götürülərək araşdırıldığı qeyd olunub.


Rusiyanın Səhiyyə naziri Mixail Muraşko hücum zamanı yaralananlar barədə məlumat verib. 

O, 115 nəfərin xəstəxanaya yerləşdirildiyini, onlardan 5-nin uşaq olduğunu vurğulayıb.

Teqlər:

"\u00d6t\u0259n gec\u0259 Moskvada t\u00f6r\u0259dil\u0259n terror qurbanlar\u0131n\u0131n say\u0131 150-\u0259 \u00e7at\u0131b - YEN\u0130L\u018fN\u0130B 3"

Əlaqəli Xəbərlər