Menyu

XİN "Crocus City Hall" terror aktında ölənlər arasında azərbaycanlı olmasına münasibət bildirib

Nərmin Qocamanlı
XİN "Crocus City Hall" terror aktında ölənlər arasında  azərbaycanlı olmasına münasibət bildirib

Azərbaycan Xarici İşlər Nazirliyi Moskvadakı “Crocus City Hall”da baş verən terror aktında Azərbaycan vətəndaşının ölməsinə dair məlumata münasibət bildirib.

Bu barədə qurumdan "Operativ Media"ya bildirilib.

Qeyd olunub ki, həlak olan şəxslərin siyahısındakı Hüseynov Vüqar Fuad oğlunun Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən hər hansı bir sənədə malik olmadığı müəyyən edilib.

***

12:33

Moskva vilayətindəki "Crocus City Hall”da baş verən terror aktı zamanı ölənlər arasında bir azərbaycanlının olması barədə xəbər yayılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə Nazirliyindən bildirilib.

37 nəfərin olduğu siyahıda 1983-cü il təvəllüdlü Vüqar Hüseynov adlı bir azərbaycanlının da adı var.

Onun 41 yaşının olduğu qeyd edilib

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər