INTERPOL Rusiyanın apardığı istintaqı dəstəkləməyə hazırdır
Nərmin Qocamanlı
Beynəlxalq Kriminal Polis Təşkilatının (INTERPOL) baş katibi Yurgen Stok Moskvadakı terror aktının araşdırılmasına dəstək verməyə hazır olduqlarını bəyan edib.
"Operativ Media" xəbər verir ki, INTERPOL-un baş katibi Yurgen Stok sosial media hesabında Moskvada yerləşən konsert salonunda törədilən və 115 nəfərin həyatını itirdiyi terror aktı ilə bağlı paylaşım edib.
"Mən "Crocus City Hall"a hücumu qətiyyətlə pisləyirəm. Bu, günahsız mülki şəxslərə qarşı dəhşətli bir hərəkət idi. INTERPOL Rusiya hakimiyyət orqanları tərəfindən aparılan araşdırmalara dəstək verməyə hazırdır”, - deyə o bildirib.