Menyu

Türkmənistan: "Crocus" qurbanlarına yardım göstərməyə hazırıq

Türkmənistan: "Crocus" qurbanlarına yardım göstərməyə hazırıq

Türkmənistan Xalq Maslaxatının (Xalq Şurasının) sədri Qurbanqulu Berdiməhəmmədov Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko ilə telefon danışığında Türkmənistanın Krokusda terror aktı qurbanlarına hər cür lazımi yardım göstərməyə hazır olduğunu bəyan edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə parlamentin yuxarı palatasının mətbuat xidməti məlumat yayıb.

"Türkmən xalqının ümummilli lideri, Türkmənistan Xalq Maslaxatının sədri Qurbanqulu Berdiməhəmmədov Rusiya Federasiya Şurasının sədri Valentina Matvienkoya zəng edərək türkmən xalqı adından və şəxsən öz adından həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Qurbanqulu Berdiməhəmmədov Türkmənistanın Rusiyaya və yaralanan ruslara hər cür lazımi yardımı göstərməyə, o cümlədən reabilitasiya və tibbi yardım göstərməyə hazır olduğunu vurğulayıb", - bəyanatda deyilir.

Türkmən xalqının ümummilli lideri bu cinayəti qətiyyətlə pisləyib və bütün məsuliyyət daşıyanların – həm günahkarların, həm də təşkilatçıların müəyyən ediləcəyinə və labüd cəzasını alacaqlarına əmin olduğunu bildirib.

Teqlər:

"T\u00fcrkm\u0259nistan: \"Crocus\" qurbanlar\u0131na yard\u0131m g\u00f6st\u0259rm\u0259y\u0259 haz\u0131r\u0131q"

Əlaqəli Xəbərlər