Menyu

Ərdoğan və Putin arasında telefon danışığı olub

Ərdoğan və Putin arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar Şöbəsinin sosial media hesabında paylaşım edilib. 

Paylaşıma görə, prezident Ərdoğan Moskvada baş verən terror aktına görə Putinə dərin hüznlə başsağlığı verib.

Günahsız insanları alçaqcasına hədəf alan iyrənc terror aktını ən sərt şəkildə qınayaraq, Rusiya xalqına başsağlığı və səbr diləyən prezident Ərdoğan, hücumun bölgədəki böhranların tezliklə sülh yolu ilə sona çatmasının vacibliyini ortaya qoyduğunu vurğulayıb.

Prezident Ərdoğan Türkiyənin Rusiya ilə ayrı-seçkilik etmədən hər cür terrora qarşı mübarizə anlayışı ilə terrorla mübarizə sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər