Rusiyanın MS-25 kosmik gəmisi Baykonur kosmodromundan kosmosa buraxılıb
İçərisində iki rus və belarus kosmonavtı və bir amerikalı astronavtı olan Rusiyanın "Soyuz MS-25" kosmik gəmisi ikinci cəhddə Qazaxıstanın Baykonur kosmodromundan kosmosa göndərilib.
"Operativ Media" xəbər verir ki, "Soyuz MS-25"in kosmosa buraxılması anı Rusiya Federal Kosmos Agentliyinin - "Roskosmos"un rəsmi saytında canlı yayımlanıb.
Komandanı daşıyan "Soyuz MS-25" kosmik gəmisinin 50 saat 34 dəqiqə davam edən kosmos səyahətindən sonra martın 25-i GMT saatı ilə 18:10-da Rusiyanın Priçal tədqiqat modulu ilə BKS-də birləşməsi gözlənilir.
Qeyd edək ki, martın 21-də kosmosa göndərilməsi planlaşdırılan "Soyuz MS-25" kosmik gəmisinin səyahəti buraxılış anından 20 saniyə əvvəl avtomatik olaraq ləğv edilib. "Roskosmo"un baş direktoru Yuri Borisov kimyəvi cərəyanda gərginliyin azalması səbəbindən uçuşun ləğv edildiyini bildirib.
Teqlər:
"Rusiyan\u0131n MS-25 kosmik g\u0259misi Baykonur kosmodromundan kosmosa burax\u0131l\u0131b"