Britaniya HHQ: Yəmən sahillərində gəmiyə hücum edilib
Yəmən sahillərində naməlum şəxslər gəmilərdən birinə hücum edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları (UKMTO) Mərkəzi məlumat yayıb.
"UKMTO-ya Yəmənin Əl-Muxa şəhərindən 23 dəniz mili şərqində baş vermiş insident barədə məlumat verilib. Səlahiyyətlilər insidentlə bağlı şəraiti araşdırır. Gəmilərə ehtiyatlı olmaq və istənilən şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə olunur", - deyə mərkəz əlavə edib.
Mərkəzin hücum kimi təsnif etdiyi insident Bakı vaxtı ilə saat 15:35-də baş verib. UKMTO bu barədə məlumatı hücuma məruz qalan gəminin kapitanından deyil, üçüncü şəxsdən alıb. Hələlik insidentlə bağlı əlavə məlumat verilməyib.