Menyu

Praqada minlərlə insan hökumət əleyhinə mitinq keçirib

Praqada minlərlə insan hökumət əleyhinə mitinq keçirib

Praqanın mərkəzindəki Vatslav meydanında hökumət əleyhinə aksiya keçirilib. 

"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, hadisə yerindəki jurnalistlərin məlumatına görə, mitinq respublikanın parlamentdənkənar siyasi təşkilatlarının bir neçə min tərəfdarını toplayıb.

Təşkilatçılar 2022-ci ilin aprelində yaradılan ifrat sağçı PRO (Sağ, Hörmət, Peşəkarlıq) partiyasının və əlaqədar Çexiya Yoxsulluğa Qarşı vətəndaş birliyinin liderləridir. Onlar 100 min nümayişçi gözləyirdilər. Mitinqdə xüsusilə Ukraynadakı vəziyyətə yanaşma fərqliliyinə görə Slovakiyanın Nazirlər Kabineti ilə məsləhətləşmələrdən imtina etməkdə ittiham olunan hökumətin istefası tələbləri səsləndirilib.

Teqlər:

"Praqada minl\u0259rl\u0259 insan h\u00f6kum\u0259t \u0259leyhin\u0259 mitinq ke\u00e7irib"

Əlaqəli Xəbərlər