Menyu

Quterreş: Beynəlxalq ictimaiyyət Rəfah əməliyyatının fəlakətlə nəticələnəcəyini anlayır

Quterreş: Beynəlxalq ictimaiyyət Rəfah əməliyyatının fəlakətlə nəticələnəcəyini anlayır

Beynəlxalq ictimaiyyət İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərində keçirdiyi hərbi əməliyyatın humanitar fəlakətə səbəb olacağı ilə razılaşır. 

"Operativ Media" xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş Əl Ariş hava limanında mətbuat konfransı zamanı deyib.

"BMT, Aİ və daha geniş beynəlxalq ictimaiyyət Rəfahdakı istənilən quru əməliyyatının humanitar fəlakət olacağı ilə razılaşır", - Quterreş bildirib. O vurğulayıb ki, indi Qəzza zolağında humanitar atəşkəsin və bütün girovların azad edilməsinin vaxtı çatıb.

İsrailin baş naziri Benyamin Netanyahunun daha əvvəl qeyd edib ki, ölkəsinin qoşunları Rəfah əməliyyatına hazırlığı davam etdirir. Hazırlıqlar bir qədər vaxt aparacaq. Martın 17-də Netanyahu İsrailin bir neçə həftə ərzində Rəfahda əməliyyat planlaşdırdığını açıqlayıb. O, bu şəhərin əməliyyat planlarının artıq təsdiqləndiyini əlavə edib. 

Teqlər:

"Quterre\u015f: Beyn\u0259lxalq ictimaiyy\u0259t R\u0259fah \u0259m\u0259liyyat\u0131n\u0131n f\u0259lak\u0259tl\u0259 n\u0259tic\u0259l\u0259n\u0259c\u0259yini anlay\u0131r"

Əlaqəli Xəbərlər