Menyu

Türkiyədə 173 qanunsuz miqrant saxlanılıb

Türkiyədə 173 qanunsuz miqrant saxlanılıb
1 dəq oxu

Türkiyədə qanunsuz miqrantların saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.

 "Operativ Media" xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Məlumata əsasən, “Kalkanlar-16” kod adı altında başladılan əməliyyat Muğla, Bursa, İstanbul, İzmir, Mərsin və Qaziantep olmaqla Türkiyənin altı vilayətində icra olunub.

Əməliyyat nəticəsində 173 qanunsuz miqrant saxlanılıb.

Əlaqəli Xəbərlər