Terror aktını törədən şəxs hücumdan bir müddət əvvəl oradakı tamaşaya qatılıb
Crocus City Hall-da terror aktını törədən şəxs hücumdan bir müddət əvvəl oradakı tamaşaya qatılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “112” Telegram kanalı yayıb.
Terror aktından əvvəl onu törədənlərin bir neçə dəfə əyləncə mərkəzinə baş çəkdiyi vurğulanır.
"Ora getmək terror aktının təşkili ilə bağlı idi - plana, mühafizə postlarının yerləşdiyi yerə baxmaq və qaçış yollarını hesablamaq", - nəşr yazır.
Bundan əvvəl “Krokus”un mühafizəçisi belə bir fikir bildirib ki, terrorçular zalda ən çox insanın nə vaxt olacağını əvvəlcədən biliblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net