Menyu

Moskvada terror aktında ölənlərin sayı 137-yə çatıb

Moskvada terror aktında ölənlərin sayı 137-yə çatıb
1 dəq oxu

Rusiya Federasiyasının Moskva vilayətinin Krasnoqorsk şəhərində "Crocus City Hall" konsert zalında törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 137-yə yüksəlib.

“Operativ Media” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi bildirib.

“Meyitlərin tanınması davam edir. Terror aktının baş verdiyi yerdə indiyədək 3-ü uşaq olmaqla 137 nəfərin meyiti tapılıb. Hadisə yerinin istintaqı davam etdirilir. İndiyədək kimi 62 meyitin kimliyi müəyyən edilib”, – qurumdan bildirib. 

Əlaqəli Xəbərlər