Menyu

Hindistan XİN: Rusiya ilə birlikdə terrora qarşı mübarizə aparmağa hazırıq

Hindistan XİN: Rusiya ilə birlikdə terrora qarşı mübarizə aparmağa hazırıq

Hindistanın xarici işlər naziri Subramanyam Caişankar Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığında "Crocus City Hall"da törədilən terror aktını qətiyyətlə pisləyib və Rusiya tərəfi ilə birlikdə terrora qarşı mübarizə aparmağa hazır olduğunu təsdiqləyib.

" Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. 

"Hindistanlı diplomat yüz otuzdan çox dinc sakinin həyatına son qoyan" Crocus City Hall" konsert zalında törədilən qeyri-insani terror aktını qətiyyətlə pisləyib", - diplomatik şöbədən bildirilib.

Xəbərdə deyilir ki, hindistanlı nazir həmçinin həlak olanların ailələrinə dəstək və başsağlığı sözlərini çatdırmağı xahiş edib, yaralıların tezliklə sağalmasını arzulayıb. 

 

 

Teqlər:

"Hindistan X\u0130N: Rusiya il\u0259 birlikd\u0259 terrora qar\u015f\u0131 m\u00fcbariz\u0259 aparma\u011fa haz\u0131r\u0131q"

Əlaqəli Xəbərlər