Menyu

Belqradda NATO əleyhinə etiraz aksiyası keçirilib

Belqradda NATO əleyhinə etiraz aksiyası keçirilib

"NATO-nun Yuqoslaviyaya qarşı təcavüzünün başlanmasının ildönümündə Serbiya vətəndaşları Belqradın mərkəzindəki Respublika meydanına toplaşaraq kütləvi aksiya keçiriblər". 

"Operativ Media" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Qeyd edilib ki, etirazçılar Milli Muzeyin binasının yaxınlığında mövqe tutublar və üzərinə "NATO-faşistlərə ölüm!", "İmperializmə ölüm" şüarları yazılmış bayraqlarla gəliblər. Toplananlar həmçinin "NATO - işğalçılar, Serbiyadan çıxın!" sözləri yazılmış böyük pankart açıblar.

Bundan əvvəl Belqradda 1999-cu il qurbanlarının xatirəsinə ucaldılmış "Əbədi məşəl" abidəsində də NATO əleyhinə mitinq keçirilib. Bu mitinq "Crocus City Hall"da baş vermiş terror aktı nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Teqlər:

"Belqradda NATO \u0259leyhin\u0259 etiraz aksiyas\u0131 ke\u00e7irilib"

Əlaqəli Xəbərlər