Suriyanın şimal-şərqində ABŞ hərbi aerodromuna raket zərbəsi endirilib
İraqın İslami Müqavimət Hərəkatına aid silahlı birləşmələr Suriyanın Həsəkə əyalətindəki bazalarda yerləşdirilən Amerika qüvvələrinin istifadə etdiyi Hərrab əl-Cəirdəki hərbi aerodromu raketlərlə atəşə tutub.
"Operativ Media" xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.
Məlumata görə, aerodromda bir neçə güclü partlayış səsi eşidilib, qalın tüstü sütunu səmaya qalxıb. Əvvəllər bu hərbi obyekt kamikadze pilotsuz uçuç aparatı ilə hücuma məruz qalıb, hücumun nəticələri barədə məlumat verilməyib.
Silahlıların Suriya və İraqdakı Amerika bazalarına qarşı hücumları 2023-cü ilin oktyabrında İsrailin Qəzza zolağına hücumundan sonra başlayıb və iki həftə əvvəl Ramazan ayında dayandırılıb.