Ana səhifə / Dünya / Rusiyada terror aktı ilə bağlı daha bir nəfər həbs edilib Rusiyada terror aktı ilə bağlı daha bir nəfər həbs edilib 25.03.2024, 21:13 Əziz Əzizli Moskvanın Basmannı məhkəməsi “Crocus”da terror aktı ilə bağlı iş üzrə altıncı müttəhim İsrail İslamovu həbs edib. "Operativ Media" xəbər verir ki, bu barədə Moskva məhkəmələrinin mətbuat xidməti özünün teleqramdakı kanalında xəbər yayıb. O, bir ay iyirmi doqquz gün müddətinə həbs edilib. İsrail İslamov mayın 22-dək istintaq təcridxanasında qalacaq. Məhkəmə bağlı qapılar arxasında keçirilib. Bununla da terror aktı ilə bağlı həbs edilənlərin sayı 6 nəfərə çatıb. Teqlər: "Rusiyada terror akt\u0131 il\u0259 ba\u011fl\u0131 daha bir n\u0259f\u0259r h\u0259bs edilib"