Menyu

Venesuela Prezidenti ona qarşı sui-qəsd cəhdinin olduğunu bildirib

Əziz Əzizli
Venesuela Prezidenti ona qarşı sui-qəsd cəhdinin olduğunu bildirib

Venesuela Prezidenti Nikolas Maduro Karakasın mərkəzində keçirilən mitinqdə həyatına sui-qəsd cəhdinin qarşısının alındığını bildirib.

"Operativ Media"nın məlumatına görə, bu barədə Prezident "Venezolana de Television" kanalının canlı efirində bildirib.

Venesuela lideri 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyi seçici siyahılarına daxil edildikdən sonra Dieqo İbarra meydanında minlərlə insanın iştirak etdiyi mitinqdə çıxış edib.

"Bu gün burada, Dieqo İbarra meydanında iki silahlı şəxs mənə sui-qəsd etməyə hazırlaşırdı", - o deyib. "Saxlanılanlar ifrat sağçı, faşist "Vente Venesuela" Partiyasına mənsub olduqlarını etiraf ediblər", - Maduro vurğulayıb. O, cinayətkarların Prezident tərəfdarlarının mitinqdən əvvəl Milli Seçki Şurasının binası yaxınlığında keçirilən yürüşü zamanı saxlanıldığını deyib.

Karakas hökumətinin başçısı Naum Fernandez daha əvvəl Maduroya sui-qəsd etmək üçün nümayişə partlayıcı qurğularla daxil olan üç nəfərin saxlanıldığını açıqlamışdı

Teqlər:

"Venesuela Prezidenti ona qar\u015f\u0131 sui-q\u0259sd c\u0259hdinin oldu\u011funu bildirib"

Əlaqəli Xəbərlər