http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Ağstafadan Bakıya sərnişin daşıyan mikroavtobusdan külli miqdarda narkotik vasitə aşkar edilib

16 Dekabr 2022 , 12:02
Ağstafadan Bakıya sərnişin daşıyan mikroavtobusdan külli miqdarda narkotik vasitə aşkar edilib

Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Ağstafadan Bakıya sərnişin daşıyan mikroavtobusdan külli miqdarda narkotik vasitə aşkar edildi
 
DİN-dən "Operativ Media"ya verilən xəbərə görə, Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxt ərazisində narkotik vasitələrin satışını və paylanmasını təşkil edən Şahin Nağıyev saxlanılıb və istintaqa təqdim edilib. Onun sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu mikroavtobusa baxış zamanı 4 kiloqrama yaxın marixuana aşkar edilib. Şahin Nağıyev ifadəsində narkotikləri Ağstafa rayonunda yaşayan tanışından əldə etdiyini bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq narkotikin əldə olunduğu mənbə - Niyaməddin Nağıyev də saxlanılıb. Sonuncu ifadəsində narkotik tərkibli çətənə kollarını satmaq, həmçinin şəxsi istifadəsi üçün əkdiyini və qurudandan sonra həmyerlisi Şahin Nağıyev vasitəsi ilə Bakı şəhərinə göndərdiyini bildirib. Həmin şəxsdən əlavə olaraq  qulluq edərək yetişdirdiyi çətənə kolları da aşkar olunub.


Faktla bağlı Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA

Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA

Zakir Həsənov Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Zakir Həsənov Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

XƏBƏR LENTİ
  • 10:37

    Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
  • 10:29

    Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”
  • 10:15

    Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA
  • 10:14

    Zakir Həsənov Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 10:12

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB
  • 10:02

    Azərbaycan və BƏƏ COP29-la əlaqədar mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirir
  • 09:57

    Bakı və Sumqayıtda dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb
  • 09:51

    "Bayer" Florian Virtsin transferindən 150 milyon avro gözləyir
Menyu