Dekabrın 15-də 20 Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarılıb

Nərmin Qocamanlı
Dekabrın 15-də 20 Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarılıb

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 15 dekabr tarixində 20 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib.

Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən "Operativ Media"ya verilən xəbərə görə, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

 

Digər xəbərlər