Menyu

Çin atmosfer və kosmos mühitini müşahidə edən peyklər buraxıb

Nərmin Qocamanlı
Çin atmosfer və kosmos mühitini müşahidə edən peyklər buraxıb

Çin atmosfer və kosmos mühitinin müşahidələri üçün istifadə edilən "Yünhay-2" peyklərinin üçüncü qrupunu kosmosa göndərib.

"Operativ Media" Sinxua agentliyinə istinadən xəbər verir ki, “Yünhay-2 03” peykləri “Long Mart 6” raketi ilə ölkənin şimalındakı Şansi əyalətindəki Tayyüen Peyk Mərkəzindən orbitə buraxılıb.

Buraxıldıqdan sonra planlaşdırılmış orbital mövqelərinə yerləşdiyi bildirilən peyklərin atmosfer və dəniz mühitinin müşahidələri və kosmik mühitin tədqiqi üçün istifadə ediləcəyi bildirilib.

Buraxılış "Long March" raketləri ilə həyata keçirilən 514-cü uğurlu nəqliyyat missiyası idi.

Şanxay Kosmik Uçuş Texnologiyaları Akademiyasının (SAST) hazırladığı peyklərin elmi araşdırmalar və fəlakətlərin qarşısının alınması məqsədi ilə olduğu bildirilsə də, bəzi qərbli ekspertlər peyklərin hərbi məqsədlər üçün meteoroloji proqnozlarda istifadə olunmaq üçün hazırlandığını iddia edirlər.

Qeyd edək ki, “Yünhay-2” peyklərinin birinci qrupu 2018-ci ildə, ikinci qrupu isə martın 21-də kosmosa buraxılıb.

Teqlər:

"\u00c7in atmosfer v\u0259 kosmos m\u00fchitini m\u00fc\u015fahid\u0259 ed\u0259n peykl\u0259r burax\u0131b"

Əlaqəli Xəbərlər