Menyu

Simonyan: Rusiya sərhədçilərinin Zvartnotsdan çıxarılması məsələsi həll olunub

Nərmin Qocamanlı
Simonyan: Rusiya sərhədçilərinin Zvartnotsdan çıxarılması məsələsi həll olunub

Rusiya sərhədçilərinin İrəvan Zvartnots aeroportundan çıxarılması məsələsi nəhayət ki, həllini tapıb və artıq Moskva ilə müzakirə olunmur.

"Operativ Media" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Ermənistan üçün bu, artıq həll olunmuş məsələdir, düşünmürəm ki, burada hər hansı müzakirə gedir. Bu proses dövlətlərarası müqavilənin pozulması kimi qələmə verilir. Bu, nazirliklərarası saziş idi və məqsədi regionda erməni sərhədçilərinin yükünü yüngülləşdirmək və fayda vermək idi. Artıq bu yükü yüngülləşdirməyə ehtiyac yoxdur", - deyə o qeyd edib.

Teqlər:

"Simonyan: Rusiya s\u0259rh\u0259d\u00e7il\u0259rinin Zvartnotsdan \u00e7\u0131xar\u0131lmas\u0131 m\u0259s\u0259l\u0259si h\u0259ll olunub"

Əlaqəli Xəbərlər