Binəqədidə neft qurğularının elektrik avadanlıqlarını oğurlayan şəxs saxlanılıb

Nərmin Qocamanlı
Binəqədidə neft qurğularının elektrik avadanlıqlarını oğurlayan şəxs saxlanılıb

Binəqədi rayonunda evlərdən məişət əşyaları və neft  qurğularının elektrik avadanlıqlarını oğurlayan şəxs saxlanılıb

DİN-dən "Operativ Media"ya verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Binəqədi qəsəbəsində 2 evdən məişət əşyaları və neft qurğularının elektrik avadanlıqlarını oğurlayan şəxs saxlanılıb. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Elşən Əşrəfov tutularaq istintaqa təqdim olunub. 


Faktlarla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar istintaqa təqdim olunub. Elşən Əşrəfovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa 43-cü Polis Bölməsinə və ya ərazi polis orqanlarına məlumat verə bilərlər. 

Digər xəbərlər