16 Dekabr 2022, 15:02
İşğaldan azad olunmuş ərazilərə qanunsuz keçməyə çalışan Bərdə sakini saxlanılıb
İşğaldan azad olunmuş ərazilərə qanunsuz keçməyə çalışan Bərdə sakini saxlanılıb şəkil
İşğaldan azad olunmuş ərazilərə qanunsuz keçməyə çalışan Bərdə sakini saxlanılıb

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini Sahil Rüstəmov idarə etdiyi avtomobillə rayonun işğaldan azad edilmiş ərazilərinə stasionar postlardan kənar yollarla daxil olmaq istəyərkən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı onun müvafiq icazəsinin olmadığı müəyyən edilib.

S.Rüstəmov barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Qərara əsasən 25 gün müddətinə inzibati qaydada həbs edilib.

Son xəbərlər
“Azərişığ”ın işğaldan azad edilmiş ərazilərdə abonentlərinin sayı açıqlanıb
Qeyri-sabit hava şəraiti fevralın 10-a kimi davam edəcək
Elm və Təhsil Nazirliyində yeni təyinat olub
Albaniya Prezidenti Azərbaycana səfər edəcək
Sabunçuda ev yanıb
AFFA bəzi liqaların oyunlarını təxirə saldı - SƏBƏB
Buraxılış imtahanlarının keçirilmə qrafiki açıqlanıb
Bakıda iki böyük park istifadəyə veriləcək