http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Cəlilabadda sabiq bələdiyyə sədrinə qarşı cinayət işi açılıb

16 Dekabr 2022 , 17:56
Cəlilabadda sabiq bələdiyyə sədrinə qarşı cinayət işi açılıb

Cəlilabad rayonu, Privolnoye kənd sakini Rzayev Əfqan Məhəmməd oğlunun yaşadığı kəndin ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilməsi ilə bağlı müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, aparılmış ilkin araşdırma zamanı Cəlilabad rayon Privolnoye bələdiyyəsinin sabiq sədri Məmmədov Qəmbər Nüsrət oğlunun vəzifə səlahiyyətlərindən sui-istifadə, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq 01.01.2015-ci il tarixdən 01.08.2022-ci il tarixədək olan müddət ərzində bələdiyyə büdcəsinə ziyan vurmaqla həmin məbləğdə pul vəsaitini israf etməsinə, işlədiyi dövr ərzində ərzində vəzifə səlahiyyətlərindən istifadə edərək rəsmi sənədləri saxtalaşdırmaqla vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

OXŞAR XƏBƏRLƏR
Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb

Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək

COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək

XƏBƏR LENTİ
  • 08:31

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 08:04

    XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
    XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 07:19

    KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb
  • 06:42

    ABŞ-də dairə hakimi öldürülüb
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Menyu