Bakı-Naxçıvan təyyarəsi güclü duman səbəbindən geri qayıdıb

Nərmin Qocamanlı
Bakı-Naxçıvan təyyarəsi güclü duman səbəbindən geri qayıdıb

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən hava limanına qayıtmaq qərarına gəlib.

"Operativ Media" xəbər verir ki, bu barədə AZAL məlumar yayıb.

Məlumata görə, təyyarə saat 09:18-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib. Hava şəraiti yaxşılaşdıqdan sonra sözügedən reysin sərnişinləri Naxçıvana yola düşəcəklər.

Digər xəbərlər