17 Dekabr 2022, 10:02
Tbilisiyə uçan təyyarələr Bakıya təcili eniş edib
Tbilisiyə uçan təyyarələr Bakıya təcili eniş edib şəkil
Tbilisiyə uçan təyyarələr Bakıya təcili eniş edib

Banqkok-Tbilisi marşrutu üzrə reys həyata keçirən Malayziyanın "AirAsia" şirkətinin təyyarəsinin kapitanı təyinat məntəqəsində duman olduğuna görə Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş sorğusu göndərib.

"Operativ Media" bu barədə hava limanına istinadən xəbər verir.

Məlumata görə, “Airbus A330” təyyarəsi yerli vaxtla saat 09:13-də Bakı hava limanına eniş edib.

Həmçinin səhər saatlarında Bakı aeroportu duman səbəbindən Tbilisi beynəlxalq hava limanına eniş edə bilməyən Polşanın LOT aviaşirkətinin təyyarəsini qəbul edib. Hava gəmisi saat 07:46-da Bakıdan təyinat yerinə yola düşüb.

Son xəbərlər
Tramp ABŞ Hərbi Hava Qüvvələrinin rəhbəri vəzifəsinə namizəd irəli sürüb
"Real Madrid" 1/4 finala yüksəldi
NATO 2025-ci ildə 107 təlim keçirməyi planlaşdırır
"Beşiktaş" norveçli baş məşqçi ilə razılıq əldə etdi
Slovakiyanın Baş naziri yaxın günlərdə Ukrayna Prezidenti ilə görüşə bilər
İspaniyada yoldan keçənlərə bıçaqla hücum edən şəxs zərərsizləşdirilib
“Arsenal” “Roma”nın kapitanını almağa çalışacaq
BMT-nin baş katibi Livana səfər edib