BMT İsraildən UNRWA-nın ləğvi ilə bağlı heç bir təklif almayıb
Dünya təşkilatına İsraildən BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) ləğvi ilə bağlı hələlik heç bir təklif daxil olmayıb.
"Operativ Media" xəbər verir ki, bunu brifinqdə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
"Mən bu səhər bölgədəki müxtəlif həmkarlarımla telefonda çox vaxt keçirdim. Onların heç biri belə bir sənəd görməyib və ya belə bir sənədin yayımlanmasından xəbəri yoxdur. BMT katibinin ofisi belə bir sənəd almayıb", - Düjarrik qeyd edib.
Teqlər:
"BMT \u0130sraild\u0259n UNRWA-n\u0131n l\u0259\u011fvi il\u0259 ba\u011fl\u0131 he\u00e7 bir t\u0259klif almay\u0131b"