Menyu

"World Central Kitchen" Qəzzada fəaliyyətini dayandıracaq

Nərmin Qocamanlı
"World Central Kitchen" Qəzzada fəaliyyətini dayandıracaq

İsrailin Qəzza zolağına endirdiyi zərbə nəticəsində üzvləri həlak olan “World Central Kitchen” beynəlxalq qeyri-kommersiya təşkilatı bölgədəki fəaliyyətini dayandırdığını bildirib.

"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Təşkilatın saytında dərc edilən bəyanatda deyilir.

Bundan əvvəl Əl-Cəzirə telekanalı Qəzzada İsrail ordusu tərəfindən Polşa, Avstraliya və Böyük Britaniya vətəndaşları da daxil olmaqla "World Central Kitchen" təşkilatının əməkdaşlarının öldürüldüyü barədə məlumat yayıb.

KİV-in məlumatına görə, Qəzza zolağının mərkəzi hissəsindəki Deyr əl-Balah kəndində əcnəbi vətəndaşlar avtomobillə səyahət edərkən İsrailə məxsus pilotsuz təyyarənin hücumuna məruz qalıb. Xarici vətəndaşlarla yanaşı, onların fələstinli sürücüsü də həlak olub. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər