Menyu

Tatarıstanda pilotsuz təyyarənin hücumu nəticəsində 6 nəfər yaralanıb

Nərmin Qocamanlı
Tatarıstanda pilotsuz təyyarənin hücumu nəticəsində 6 nəfər yaralanıb
1 dəq oxu

Tatarıstanda bu gün səhər saatlarında pilotsuz təyyarənin hücumu nəticəsində 6 nəfər yaralanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb.

"Altı zərərçəkən var. Onların həyat və sağlamlıqları üçün təhlükə yoxdur. 3 nəfər həkimlər tərəfindən müayinə olunduqdan sonra artıq evə buraxılıb, daha 3 nəfər xəstəxanaya yerləşdirilib", - məlumatda deyilir.

Əlaqəli Xəbərlər